Qurban Qurbanov: "Bizə sağlam futbolçu lazımdır" AÇIQLAMA

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandanın aparıcı futbolçuları Çumbinyo və Danilo Diasın uzun müddətə sıradan çıxmasına münasibət bildirib. 
 
Newsport.az saytının məlumatına görə, təcrübəli məşqçi braziliyalıları əvəzləyəcək futbolçularının olduğunu vurğulayıb:
 
“İki futbolçumuzun yoxluğu bizim üçün ciddi itkidi. Özü də çox ciddi itkidi. Belə gərgin qrafikdə bizə sağlam futbolçular lazımdı. Ümid edirəm ki, Çumbinyo və Diasa layiqli əvəzedici tapa biləcəyik. Onların yoxluğu Milan “İnter”i ilə oyunumuza təsir edəcəkmi? Bu barədə çox düşünməmək daha yaxşı olardı. Biz indi onları əvəzləyəcək futbolçuları hazırlamağa çalışmalıyıq. Əgər itkilər haqda çox düşünsək, onda yaxşı nəticə qazana bilmərik”.
 
Mənbə: Azerisport.az




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right