İtaliya millisinin sabiq futbolçusu Cennaro Qattuzo 21 yaşlılardan ibarət Azərbaycan milli komandasını çalışdıracaq.
Newsport.az saytının AFFA-dakı gizli mənbədən əldə etdiyi məlumata görə, İsraillə görüşdən öncə istefa verəcəyini açıqlayan Bernhard Lippertin istəyi qəbul olunub. AFFA rəhbərliyi onun əvəzləyicisi kimi italiyalı gənc mütəxəsisi görür. 36 yaşlı çalışdırıcı ilə ilk razılıq əldə olunub.
Qeyd edək ki, Qattuzo yaxın günlərdə ölkəsinin mətbuatına Azərbaycanda çalışa biləcəyini açıqlamışdı.