“Mil Muğan” - “Turan T” oyununda İmişli klubunun lipa oynatması barədə az əvvəl də xəbər vermişdik.
Newsport.az saytına açıqlamasında bu məsələyə bağlı İmişli klubunun prezidenti Mirheydar Səfiyev münasibət bildirdi:
"Əlbəttə ki, klubumuz adına heç də xoş olmayan hadisədir bu. İntizam Komitəsi baş məşqçimiz Mətləb Məmmədovun saxtakarlığa yol verdiyinə görə, 12 aylıq futbol fəaliyyətindən kənarlaşdırdı. 1000 manat cərimə etdi və klubu 1000 manat cərimə etdi, əgər İntizam Komitəsi bu qərarı çıxarmasaydı belə biz klub da daxili iclas keçirib ən ağır cəza verəcəkdik ona. Çünki qarşısına yüksək liqaya vəsiqə qazanmağı məqsəd qoymuş bir komandaya yaraşmayan hərəkətdir. Artıq yeni baş məşqçimiz də bəllidir.Bu gündən etibarən komandanı Xaliq Mustafayev idarə edəcək. Ona da xəbərdarlıq etmişik, əgər bir də belə hal təkrarlansa, İntizam Komitəsinin qərarını gözləmədən onu komandadan uzaqlaşdıracağıq. Çünki bu İmişli şəhərinin komandasına yaraşmayan bir haldır".