Premyer Liqamızın VII turunun 2 matçı canlı yayımlanacaq.
Newsport.az xəbər verir ki, söhbət "Neftçi" - "Qarabağ" və "Qəbələ" - "Xəzər Lənkəran" duelindən gedir.
Sözügedən qarşılaşmalar "İdman Azərbaycan" telekanalından birbaşa nümayiş olunacaq. Azarkeşlər hər 2 görüşü televiziya vasitəsilə izləyə biləcəklər.
27 sentyabr
Premyer Liqa, VII tur
17:00. "Neftçi" - "Qarabağ" (canlı, "İdman Azərbaycan")
28 sentyabr
Premyer Liqa, VII tur
19:00. "Qəbələ" - "Xəzər Lənkəran" (canlı, "İdman Azərbaycan")