AFFA Premyer Liqa klublarını 4100 manat cərimələdi

İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarları nəticəsində bir sıra kublarımız cəzalanıb.
 
Newsport.az PFL-in rəsmi saytına istinadən həmin qərarları diqqətinizə çatdırır:
 
Azərbaycan Premyer Liqasının VI turunun “İnter” – “Bakı” matçının 30-cu dəqiqəsində “Bakı” klubunun məşqçisi Muarem Zekir texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 1000 manat cərimə olunur (maddə 62).
 
 Azərbaycan Premyer Liqasının VI turunun “Sumqayıt” – AZAL matçında AZAL klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
 
Azərbaycan Premyer Liqasının VI turunun “Qəbələ” – “Neftçi” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
 
Əvəzedici heyətlərin VI turunun “Sumqayıt” – AZAL matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
 
 Əvəzedici heyətlərin VI turunun “Qarabağ” – “Simurq” matçında “Simurq” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
 
  Oyunun 42-ci dəqiqəsində “Simurq” klubunun 40 №-li futbolçusu Sərxan Abaslı idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right