"Qarabağ" Reynaldonu da itirdi?

“Qarabağ”da şok üstnə şok gəlməkdədi.

Newsport.az xəbər verir ki, “Sent Etyen”lə oyunda zədələnən və 5 ay futbol oynamayacaq olan Cumbinyodan sonra Danilo Diasın da sıradan çıxdığı məlum oldu. Dias isə ən azı bir ay oynamayacaq.

Son turda “Simurq”la oyunda ehtiyatda qalan və oyuna sonradam daxil olan Reynaldonun zədələndiyi barədə xəbər var. İş ondadır ki, Reynaldo Zaqatala klubuyla oyundan sonra stadionu zədəli halda – axsaya-axsaya tərk edib. Ancaq aldığımız məlumata görə, futbolçunun zədəsi ciddi deyil və qarşıdakı oyunlarda meydana çıxmasında problem yoxdu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right