Premyer Liqanın son turunda ən çox azarkeş toplayan oyun müəyyənləşib.
Newsport.az xəbər verir ki, ən çox fanat toplayan matç Lənkəranda baş tutub.
Belə ki, "Xəzər Lənkəran" - "Araz Naxçıvan" görüşünü 6500 tamaşaçı izləyib. İkinci yerdə "Qəbələ" - "Neftçi" duelidi. Sözügedən oyunu stadiondan 2500 azarkeş seyr edib. Üçüncü yerdə isə "Sumqayıt" - AZAL qarşılaşması yer alır. Bu oyuna "Kapital Bank Arena"dan 1500 nəfər baxıb.