“Neftçi” "Qəbələ"yə, "Qarabağ" "Şamaxı"ya qalib gəldi Yenilənib

Bu gün Mislii Premyer Liqasında 19-cu tura yekun vurulacaq.

Newsport.az xəbər verir ki, 3-cü oyun gününə 2 matç nəzərdə tutulub.

Əvvəlcə son çempion "Qarabağ" səfərdə "Şamaxı" ilə qarşılaşıb. Oyunun başlanma saatı saat 14:30-a nəzərdə tutulsa da, qar səbəbindən qarşılaşma 20 dəqiqə gec - saat 14:50-da start götürüb. Qarşılaşma "Qarabağ"ın əzmkar qələbəsi ilə başa çatıb - 2:1. Ağdam təmsilçisi qələbə qolunu 90+4-cü dəqiqədə vurub.

Digər qarşılaşmada isə "Neftçi" "Qəbələ"ni qəbul edir. Matç saat 19:00-da start götürüb.

10 fevral

19:00. "Neftçi" – "Qəbələ" - 1:0

Qol: Emin Mahmudov, 12

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Əkbər Əhmədov

VAR: Cavid Cəlilov

AVAR: Elvin Bayramov

"Palms Sports Arena"

14:50. "Şamaxı" – "Qarabağ" - 1:2 

Qol: Oruc Məmmədov, 14, (1:0), Joni Montiel, 18 (1:1), Kamilo Duran, 90+4 (1:2)

Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Ruslan Quliyev

VAR: Kamranbəy Rəhimov

AVAR: Eyyub İbrahimov

Şamaxı şəhər stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right