"Simurq" rəhbərliyi oyunçuların qarşısına şərt qoyub

Premyer Liqanın son turunda "Qarabağ"a minimal hesabla uduzan "Simurq"da klubdaxili iclas keçirilib.

Newsport.az xəbər verir ki, 3 oyundu xal üzünə həsrət qalan Zaqatala təmsilçisinin prezidenti Anar Bəkirov təcili toplantı keçirib.

Toplantıda futbolçular sərt şəkildə tənqid olunub. Bundan başqa, komandanın baş məşqçisi Georgi Çixradzeyə son dəfə xəbərdarlıq edilib. Hər şey bununla da bitməyib. Rəhbərlik oyunçuların qarşısına şərt qoyub ki, növbəti turda "Sumqayıt"a qalib gələ bilməsələr maaşları kəsiləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right