Azərbaycan Premyer Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.
Newsport.az xəbər verir ki, “Araz-Naxçıvan” Elmar Baxşıyevlə yollarını ayırıb. 45 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Baxşıyev 2024-cü ilin aprel ayında “Araz-Naxçıvan”ın baş məşqçisi vəzifəsinə təyin olunmuşdu.
Komanda cari mövsümdə Premyer Liqada 16 turdan sonra 26 xal toplayıb və 6-cı yerdədir.