“Qarabağ” seneqallı hücumçu üçün təklif göndərdi

Çempionlar Liqasında pley-off mərhələsinə adlamağı hədəfləyən “Qarabağ” qış “transfer pəncərəsi”ndə heyətini gücləndirmək istəyir.

Newsport.az xəbər verir ki, Ağdam təmsilçisi artıq bir futbolçu ilə danışıqlara başlayıb. 

Belçika mətbuatının yazdığına görə, Azərbaycan klubu Belçikanın 2-ci liqa təmsilçisi “Lyej” klubunun seneqallı hücumçusu Umar Diuf üçün təklif göndərib. 
Bildirilib ki, “Qarabağ” onun transferi üçün 1,2 milyon avro təklif edib. Lakin qarşı tərəf bu təklifi rədd edib. 

Belçikalılar Diufun keçidindən minumum 1,5 milyon avro qazanmaq niyyətindədirlər. 

Qeyd edək ki, Umar Diuf “Lyej”in heyətində 18 oyun keçirib və 8 qol vurub. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right