"Qarabağ"ın "Simurq" sindromu: 672 gün və 659 dəqiqə

Azərbaycan çempionu “Qarabağ” üçün Topaz Premyer Liqasının VI turu uğurlu alınıb.

Newsport.az saytınının məlumatına görə, Ağdam təmsilçisi Zaqatalanın “Simurq” klubu ilə ev oyununda uğursuz seriyanı qırıb. Belə ki, son 6 matçda rəqibinə qalib gələ bilməyən, hətta qol sevinci də yaşamayan Qurban Qurbanovun yetirmələri 1:0 hesabı ilə 3 xal əldə edib. 2012-ci il noyabrın 18-də öz meydanında 2:1 hesabı ilə qalib gələn “Qarabağ” 672 gündən sonra rəqibini məğlub edə bilib. Həmin matçın 35-ci dəqiqəsində avtoqola üzülən Elçin Süleymanovdan sonra 659 dəqiqəlik qol həsrəti yaşayan “Qarabağ” bu dəfə Vüqar Nadirovla “Simurq”u məyus edib. O, 64-cü dəqiqədə görüşün taleyini həll edən qola imza atıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right