"Qarabağ"da Çumbinyodan sonra Danilo Dias da zədələnib.
Klubun mətbuat xidmətindən Newsport.az-a verilən məlumata görə, dizində zədəsi olan braziliyalı yarımmüdafiəçi bu həftə əməliyyat olunmaq üçün Türkiyəyə gedəcək. D.Dias təxminən bir ay topa toxuna bilməyəcək.
Bununla da onun Avropa Liqasında "İnter" və "Dnepr"lə səfər matçlarında oynamayacağı dəqiqləşib.
Xatırladaq ki, bundan əvvəl “Qarabağ”ın daha bir braziliyalısı Çumbinyo zədələndiyi üçün beş ay müddətinə sıradan çıxıb.