Çixradze: "Məğlubiyyətlər pis təsir edir" AÇIQLAMA

“Qara zolaq" davam edir. Çempionata yaxşı başladıq. İki qələbə qazansaq da, üç dəfə uduzmuşuq. Ardıcıl məğlubiyyətlər komandaya pis təsir edir”.
 
Newsport.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, bu sözləri “Simurq” klubunun baş məşqçisi Georgi Çixradze “Qarabağ”a məğlub olduqları oyundan (0:1) sonra keçirilən mətbuat konfransında deyib.
 
Gürcüstanlı mütəxəssis məğlubiyyətin səbəblərini belə izah edib:
 
“Rəqibimiz “Qarabağ” güclü komandadır.  Oyunda keyfiyyət özünü göstərdi. Bu oyunda heç-heçə bizim üçün yaxşı nəticə ola bilərdi. “Qarabağ” matça qarışıq heyətlə çıxmışdı. Buna baxmayaraq, təəssüf ki, qol vura bilmədik. Heyətimizdə İlkin Qırtımov və Draqan Çeran kimi futbolçuların olmaması oyuna və nəticəyə təsirsiz ötüşmədi”.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right