“Trabzonspor”da icarə əsasında çıxış edən “Mançester Yunayted”in qapıçısı Andre Onana Afrika Millətlər Kuboku üçün Kamerun millisinə çağırılmayıb.
Turnir 21 dekabr – 18 yanvar tarixləri arasında Mərakeşdə keçiriləcək. Kamerun komandası yarış üçün heyətini açıqlayıb. Onana siyahıya daxil edilməyib.
2026-cı il Dünya Kubokunun seçmə oyunlarında kapitanlıq edən “Neftçi”nin ulduzu Vinsent Abubakar da siyahıda yoxdur..
Kamerun yığmasının heyətində Karlos Baleba (Brayton), Brayan Mbemo (Mançester Yunayted) və Karl Etta-Eyonq (Levante) kimi oyunçular da var.
Afrika Millətlər Kubokunun qrup mərhələsində Kamerun Qabon, Kot-d’İvuar və Mozambik komandaları ilə qarşılaşacaq.