Azərbaycan millisi növbəti oyuna çıxır

Banqladeşdə təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası “FIFA Tri Nations Women’s Football Series 2025” turnirində bu gün ikinci oyuna çıxacaq.

Newsport.az xəbər verir ki, millimiz paytaxt Dəkkədə yerli komanda ilə qarşılaşacaq. Milli Stadionda təşkil olunacaq matç Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.

İlk matçında Malayziya yığması üzərində 2:0 hesablı qələbə qazanan Siyasət Əsgərovun komandası bugünkü görüşdə məğlub olmasa, turniri qalib kimi tamamlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right