Qurban Qurbanov: "Vacib 3 xal qazandıq" AÇIQLAMA

"Maraqlı oyun alındı. Vacib olan 3 xalı qazandıq. “Simurq” bizim üçün çətin rəqibdir. Ötən mövsüm “Simurq”a məğlubiyyətlərimiz olmuşdu. Ona görə də vacib xallar qazandığımızı düşünürəm”.
 
Newsport.az-ın  PFL-in saytına istinadən yaydığı məlumata görə, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov “Simurq” üzərində qələbədən (1:0) sonra keçirdiyi mətbuat konfransında deyib.
 
Meydana ehtiyat heyəti buraxan Qurbanov futbolçularının çıxışından razı qaldığını bildirib:
 
“Futbolçulara təşəkkür edirəm, sona qədər bir-birini sığortalayıb, qələbəni təmin etdilər. Düşünürəm ki, bir neçə gün istirahət edib, komandanı növbəti oyunlara hazırlaya bilərik”




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right