Azərbaycan millisi seçmə mərhələdə bu gün son matçına çıxacaq

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün sonuncu oyununa çıxacaq.

Newsport.az xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan komanda Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq.

Oyun Şimali Makedoniyanın Strumitsa şəhərindəki “Kukus” stadionunda, saat 15:00-da start götürəcək. Qarşılaşmanı maltalı referi Yoanna Vassallo idarə edəcək.

U-19 daha əvvəl qrupda keçirdiyi görüşlərdə Sloveniya 0:2, Şimali Makedoniyaya isə 1:3 hesabı ilə uduzub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right