Millimizin bu gün keçirilməli olan oyunu təxirə salındı

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Şimali Makedoniya yığması ilə oyunu təxirə salınıb.

Newsport.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

B Liqasının 5-ci qrupunun 2-ci turu çərçivəsində bu gün keçirilməli olan görüş Strumitsa şəhərində hava şəraitinin əlverişsiz və meydançanın yararsız vəziyyətdə olması səbəbindən başqa vaxta keçirilib.

Qarşılaşmanın noyabrın 29-da reallaşması nəzərdə tutulub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right