“Biz qələbə üçün gəlmişdik. Oyundan öncə futbolçulara tapşırmışdıq ki, rəqibi öz meydançasına sıxsınlar. İlk hissədə bizim çox üstünlüyümüz vardı. Ümumiyyətlə, görüş “Neftçi”nin üstünlüyü şəraitində keçdi”.
Newsport.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Arif Əsədov Premyer Liqanın beşinci turunda “Qəbələ”yə qarşı səfərdəki oyundan (0:0) sonra deyib.
Komandasının oyunundan razı qaldığını bildirən Əsədov daha sonra deyib:
“Hücumda sonluqlar heç də yaxşı alınmadı. Bunun üzərində işləyəcəyik. “Qəbələ” komandasına isə növbəti görüşlərdə uğurlar arzu edirəm”.