Samir Abasovu istefaya göndərən “Neftçi” baş məşqçi axtarışlarını davam etdirir.
Newsport.az-ın əldə etdiyi özəl məlumata görə, komandanın icraçı direktoru Cenk Sümer bunun üçün ölkə xaricinə yollanıb.
Onun Türkiyəyə üz tutduğu bildirilir. C.Sümer burada bir neçə türk məşqçi ilə danışıqlar aparacaq. Onların arasında Ertoğrul Sağlam və Abdulla Avcı var.
Əldə etdiyimiz məlumata görə, hazırda real namizəd Ertoğrul Sağlamdır. Bakılıların rəsmisinin əsas istəyi onu Azərbaycana gəlməyə razı salmaqdır.