Zaur Axundov AFFA İK-dən getdi

AFFA-nın İcraiyyə Komitəsinin üzvlərindən biri istefa verib.

Newsport.az xəbər verir ki, bu haqda qərar komitənin bugünkü iclasından sonra açıqlanıb. Rəsmi məlumata görə, Zaur Axundov AFFA İcraiyyə Komitəsinin üzvlüyündən öz xahişi ilə ayrılmaqla bağlı ərizəsi qəbul edilib.

Qeyd edək ki, Z.Axundov eyni zamanda “Silk Way Group” şirkətinin prezidenti və baş icraçı direktorudur. Z.Axundov 2 may 2025-ci ildə Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti seçilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right