"Zirə" "Qəbələ"ni məğlub etdi, "Araz-Naxçıvan" "Turan Tovuz"la bərabərə qaldı Yenilənib

Misli Premyer Liqasında 12-ci tur davam edir.

Newsport.az xəbər verir ki, ikinci oyun gününə nəzərdə tutulan matçlar artıq yekunlaşıb.

“Araz-Naxçıvan” Sumqayıtda “Turan Tovuz”u qəbul edib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Günün digər görüşündə isə “Zirə” “Qəbələ”ni sınağa çəkib. Paytaxt klubu qələbə qazanaraq 3 xalı hesabına yazıb və 23 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. “Qəbələ” isə “Karvan-Yevlax”la birgə 5 xalla 11-12-ci yerləri bölüşdürür. 

22 noyabr (şənbə)

17:30. “Zirə” - “Qəbələ” - 1:0

Qol: Ruan Renato, 45+3-pen.
Hakimlər: Elvin Bayramov, Rahil Ramazanov, Şirmamed Mamedov, Əli Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Vüsal Məmmədov
Zirə İdman Kompleksinin stadionu

15:00. “Araz-Naxçıvan” - “Turan Tovuz” - 1:1

Qol: Ba-Muaka Simakala, 21 (1:0), Ayxan Hüseynov, 78 (1:1)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Emin Əliyev
VAR: Rəşad Əhmədov
AVAR: Vüqar Həsənli
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right