Azərbaycanın U-15 yığması UEFA İnkişaf Turnirində ikinci oyununu keçirib

Azərbaycanın 15 yaşadək futbolçulardan ibarət millisi UEFA İnkişaf Turnirində ikinci oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, U-15 Bolqarıstan ilə üz-üzə gəlib.

Kişineuda yerləşən Moldova Futbol Federasiyasının Texniki Mərkəzində keçirilən görüş rəqibin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-15 turnirdəki ilk matçında Monteneqrolu həmyaşıdlarına 0:1 hesabı ilə uduzmuşdu. Komanda növbəti görüşünü noyabrın 23-də meydan sahiblərinə qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right