“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovla birlikdə maraqlı fotosunu paylaşıb.
Newsport.az xəbər verir ki, foto 2006-cı ildə Tofiq Bəhramov adına Respublika Stadionunda Q.Qrubanovun futbolla vida matçı zamanı çəkilib.
Həmin matçda R.Sadıqov “Qarabağ”ın çalışdırıcısı ilə komanda yoldaşı kimi meydana çıxıb. Qurban Qurbanovun qucağında isə o vaxt 4 yaşı olan oğlu Musa Qurbanlı da var.
Qurban Qurbanovun böyük qardaşı Musa Qurbanov da fotoda yer alanlar arasındadır.