“Qarabağ” üçün Motta

“Qarabağ”ın UEFA Çempionlar Liqasındakı növbəti rəqibi “Napoli”də baş məşqçi problemi davam edir.

Newsport.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Neapol təmsilçisi Azərbaycan çempionu önünə yeni çalışdırıcının rəhbərliyi altında çıxa bilər.

Çünki hazırkı baş məşqçi Antonio Kontenin istefaya göndərilməsi məsələsi klub daxilində müzakirə mövzusudur. Hətta A Seriyası klubunun prezidenti Aurelio De Laurentis onun alternativlərini müəyyənləşdirməyə başlayıb. Siyahıya isə Tiaqo Motta başçılıq edir.
Konte hələ ki, komandaya dönməsə də, baş məşqçi kimi işini davam etdirir. Onun məsuliyyətsiz davranışlarını nəzərə alan rəhbərlik mütəxəssislə yolları ayırmağı planlaşdırır.

Qeyd edək ki, “Napoli” – “Qarabağ” oyunu noyabrın 25-də Neapolda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right