"Azərbaycan millisi əksər duellərdə bizə qalib gəldi və ilk qolu vurdu"

Fransa milli komandası DÇ-2026-nın seçmə mərhələsinin 6-cı turunda səfərdə Azərbaycan yığmasını 3:1 hesabı ilə məğlub edib.

Newsport.az xəbər verir ki, ikiqat dünya çempionlarının hücumçusu Jan-Filipp Mateta oyundan sonra açıqlama verib. "Kristal Pelas"da çıxış edən 28 yaşlı forvard rəqibin ilk dəqiqələrdə onları təəccübləndirdiyini bildirib:

Bizi ilk on dəqiqədə təəccübləndirən çox qətiyyətli bir komanda ilə qarşılaşdıq. Əksər duellərdə bizə qalib gəldilər və ilk qolu vurdular. Amma bu futboldur. Biz cavab verməli idik və bunu da etdik. Fransa millisinə düşmək bir xəyaldır, mən çox xoşbəxtəm və eyni ruhda davam edəcəm".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right