I Divizionun son turunda keçirilən “Mil Muğan” – “Turan T” klublarının oyununda bir biabırçılığın üstü açılıb.
Newsport.az Stadium.Az saytına istinadən yaydığı xəbərə görə, İmişli klubu 1990-cı il doğumlu Orxan Məhərrəmlinin ad, soyad və təvəllüdünü dəyişərək, 1993-cü il doğumlu Fərid İbrahimli adıyla oynadırmış. Bu məsələnin üstünü isə Tovuz klubunun prezidenti Namiq Məstənov açıb.
İş ondadır ki, Orxan Məhərrəmli Fərid İbrahimli adıyla arxada qalan hər 3 turda meydana çıxıb. Buna görə də, hər üç oyunun – “Mil Muğan” – “Göyəzən” 6:1, “Rəvan” – “Mil Muğan” 1:1 və “Mil Muğan” – “Turan” 1:0 oyunlarının nəticələri ləğv olunaraq, hər üç qarşılaşmanın nəticəsi 0:3 hesablı texniki məğlubiyyətlə əvəzlənəcək.
“Mil Miuğan” hazırda 3 oyundan 7 xal toplayaraq I Divizionda liderdir.