Azərbaycan millisi bu gün Şimali İrlandiya ilə üz-üzə gələcək

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün ikinci oyununa çıxacaq.

Newsport.az xəbər verir ki, 13-cü qrupda yer alan milli komanda Şimali İrlandiya ilə qarşılaşacaq. Oyun Maltanın Ta Qali şəhərindəki “Sentenari” stadionunda, saat 17:30-da start götürəcək. Matçı qazaxıstanlı referi Sayat Karabayev idarə edəcək.

Elxan Abdullayevin baş məşqçisi olduğu komanda seçmə mərhələdə keçirdiyi ilk matçda Çexiya yığmasına böyük hesabla məğlub olmuşdu – 1:6.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right