“Yüksək səviyyədə oyun oldu. Heç bir halda rəqibi zəif hesab etmək kimi bir şey yox idi”. Newsport.az xəbər verir ki, bunu İslandiya millisinin kapitanı Hakon Arnar Haraldsson DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan yığmasını 2:0 hesabı ilə məğlub etdikləri səfər oyunu barədə danışarkən deyib.
22 yaşlı yarımmüdafiəçi birinci hissədəki performanslarından daha çox razılıq bildirib: “Oyuna çox yaxşı başladıq və 2 qol vurduq. Sonra birlikdə yaxşı müdafiə olunduq. İkinci hissədə topa daha yaxşı nəzarət edə bilərdik, amma fərqi yoxdur – biz qalib gəldik. İndi Ukrayna ilə son matça köklənməliyik”.
Qeyd edək ki, Ukrayna – İslandiya matçı noyabrın 16-da keçiriləcək.