Ayxan Abbasov ona ehtiyac duymadı

DÇ-2026-nın seçmə mərhələsində bu gün İslandiya yığması ilə üz-üzə gələcək Azərbaycan millisinin “23-lüy”ü müəyyənləşib. Baş məşqçi Ayxan Abbasov matçda bir oyunçuya ehtiyac görməyib.

Çalışdırıcı bugünkü qarşılaşmada “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Mustafa Əhmədzadəyə şans verməyəcək.

Xatırladaq ki, milliyə dəvət olunan 26 futbolçudan Şahruddin Məhəmmədəliyev cəzalı olduğu üçün bu gün meydana çıxmayacaq. Elvin Cəfərquliyev isə səhhətindəki problem səbəbindən düşərgədən ayrılıb.

Azərbaycan – İslandiya oyunu saat 21:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right