Millimizin üzvü mərc oyunlarıında iştirak etdiyi üçün 45 günlük futboldan uzaqlaşdırıldı

Türkiyə Futbol Federasiyasının (TFF) mərc oyunlarında iştirak etdiyini açıqladığı futbolçuların cəzaları məlum olub.

Newsport.az xəbər verir ki, Peşəkar Futbol İntizam Komitəsinin cəza verdiyi oyunçular arasında Azərbaycan milli komandasının üzvü Mert Çelik də var.

Komitə hazırda "Sivasspor"da çıxış edən 25 yaşlı müdafiəçiyə 45 günlük futboldan uzaqlaşdırma cəzası verib.

Qeyd edək ki, Mert Çelik "Neftçi" və "Səbail"də çıxış edib. O, Azərbaycan yığmasının heyətində 1 oyunda iştirak edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right