Millimiz Avropa çempionatının seçmə mərhələsində ilk oyuna çıxır

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununa çıxacaq.

Newsport.az xəbər verir ki, 13-cü qrupda yer alan millimiz Maltanın Ta Qali şəhərində Çexiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

“Centenary” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:30-da başlanacaq. Qarşılaşmanı Finlandiya və Maltadan olan hakimlər briqadası idarə edəcək.

12 noyabr

17:30. Çexiya (U-19) - Azərbaycan (U-19)
Baş hakim: Oliver Reitala (Finlandiya)

“Centenary” stadionu, Ta Qali.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right