"Kəpəz"in legioneri əməliyyat olundu FOTO

"Kəpəz"in “Sabah”la oyunda zədələnən futbolçusu Mahamadu Ba çiynindən əməliyyat keçirib.

Newsport.az xəbər verir ki, müayinələr nəticəsində 26 yaşlı yarımmüdafiəçinin çiynində iki bağın qırıldığı müəyyən edilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Əməliyyat uğurla başa çatıb, Banın 2-3 həftə ərzində məşqlərə başlaması gözlənilir.

Qeyd edək ki, Mahamadu Ba bu mövsüm "Kəpəz"in heyətində meydana çıxdığı 10 oyunda 1 qol ötürməsi ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right