Azərbaycan Premyer Liqasının 6-cı turunun bu gün keçiriləcək hər iki oyunu canlı yayımlanacaq.
Newsport.az-ın məlumatına görə, azarkeşlər "Qəbələ" - "Neftçi" və "Qarabağ" – “Simurq” matçını televiziya vasitəsi ilə canlı izləyə biləcəklər.
“Qəbələ” – “Neftçi” matçı “İdman Azərbaycan”, “Qarabağ” - “Simurq” oyunu isə AzTV kanalında nümayiş olunacaq.
21 sentyabr
18:00.“Qəbələ” - “Neftçi” ("İdman Azərbaycan")
Qəbələ şəhər stadionu.
20:00.“Qarabağ” - “Simurq” (AzTV)
Tofiq Bəhramov adına Respublika stadionu.