"Qarabağ" qalib gəldi, "Neftçi" səfərdə büdrədi (YENILENIB)

Bu gün Azərbaycan Premyer Liqasında 6-cı tura yekun vurulub..

Newsport.az-ın məlumatına görə, son oyun günündə daha iki qarşılaşma keçirilib.

Son turda "Xəzər Lənkəran"ı məğlub edən "Neftçi" klubu Qəbələyə səfər edib. Qonşu pillələrdə və xalları eyni olan komandaların dueli böyük maraq doğurub. Matçda hesab açılmayıb.

Turun son qarşılaşmasında "Qarabağ" öz meydanında "Simurq"u sınağa çəkib. Azərbaycanın Avropa Liqasındakı yeganə təmsilçisi "Qarabağ" klubu bu görüşdə qələbə qazanmaqla turnir cədvəlindəki mövqeyini yaxşılaşdırıb. Matç meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.

21 sentyabr (bazar)

Azərbaycan Premyer Liqası, 6-cı tur

20:00. “Qarabağ” – “Simurq” 1:0 

Qol: Vüqar Nadirov
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Fərid Məmmədov
Tofiq Bəhramov adına Respublika stadionu.

 

18:00. “Qəbələ” – “Neftçi” - 0:0 
Hakimlər:
 Elvin Əsgərov, Yaşar Abbasov, Rahil Ramazanov, Teymur Fərhadov
Qəbələ şəhər stadionu.

 

20 sentyabr (cümə)

“Xəzər Lənkəran” – “Araz Naxçıvan” - 2:0
Qollar: 
Qalin İvanov, 73 (1:0), Ağabala Ramazanov, 88 (2:0)
Hakimlər: Ramil Diniyev, Elşən Acalov, Cavanşir Yusifov, Mahir Məmmədov
Lənkəran şəhər stadionu.


“Sumqayıt” – AZAL - 0:1
Qol:
 Freddi Mombonqo, 24 (0:1) 
Hakimlər: Ömər Paşayev, Munis Abdullayev, Coşqun Həsənov, Nail Nağıyev
Sumqayıt stadionu, süni örtüklü meydança.

 

19 sentyabr

“İnter” – “Bakı” - 7:0 
Qollar:
 Junior Nildo, 10, 19 (2:0), Arif Daşdəmirov, 30 (3:0), Baçana Sxadadze, 44 (4:0), 48 (5:0), Coşqun Diniyev, 73 (6:0), Nizami Hacıyev, 86 (7:0)
Hakimlər: Rauf Cabbarov, İsgəndər Əliyev, Akif Əmirəli, Ziya Nəsirov
Bakı. “İnter Arena” stadionu.



 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right