"Qarabağ" - "Neftçi" matçının biletləri satışa çıxır

Misli Premyer Liqasının 11-ci turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Neftçi" matçının biletləri satışa çıxarılır.

Newsport.az xəbər verir ki, biletlər sabah saat 12:00-dan etibarən satışda olacaq.

Satış məntəqələri:

iTicket.az-da onlayn satış;

Oyun günü isə iTicket.az-da onlayn, həm də “Azersun Arena”nın kassası;

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

Qeyd edək ki, qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right