"Qarabağ"ın rəqibinin heyətində ciddi itki

UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Ayntraxt" ciddi itki ilə üzləşib.

Newsport.az xəbər verir ki, Frankfurt təmsilçisinin hücumameyilli yarımmüdafiəçisi Can Uzun sıradan çıxıb.

Türkiyəli futbolçu 9-cu turunun "Haydenhaym"la matçında zədələnib. 19 yaşlı oyunçu təxminən 5 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Can Uzun bu mövsüm komandanın heyətində keçirdiyi 14 oyunda 6 qqol vurub, 4 qol ötürməsi edib.

Qeyd edək ki, "Qarabağ"ın "Ayntraxt"la oyunu gələn il yanvarın 21-də Bakıda baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right