Azərbaycan çempionatları tarixində yeni rekord

“Neftçi” Misli Premyer Liqasının 2025/26 mövsümündə ilk böyükhesablı qələbəsini qazanıb.

Newsport.az xəbər verir ki, bu, 10-cu turun “Kəpəz”lə ev oyununa təsadüf edib. “Ağ-qaralar” 5:1 hesabı ilə qalib gəlib.

Bu, Bakı klubunun ən azı bir böyükhesablı qələbə qazandığı 32-ci mövsümdür. Paytaxt təmsilçisi yalnız iki dəfə - 2009/10 və 2015/16 mövsümlərində üç və ya daha çox top fərqi ilə qələbə qazanmayıb.

Bir komandanın 32 fərqli mövsümdə belə qələbə qazanması Azərbaycan çempionatlarında yeni rekorddur. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right