"Qarabağ"ın 350-ci quruhesablı qələbəsi

Misli Premyer Liqasının 10-cu turunun “İmişli” ilə oyunu “Qarabağ” üçün yubileylə əlamətdar olub.

Newsport.az PFL-in saytına istinadən xəbər verir ki, Ağdam klubu ölkə çempionatlarında 350-ci quruhesablı qələbəsini 2 cavabsız qolla qazanıb.

“Qarabağ” 202 dəfə evdə, 145 dəfə səfərdə, 3 dəfə neytral meydanda qol buraxmadan qalib gəlib. Ağdamlıların ilk belə qələbəsi 1992-ci il mayın 6-da “Şirvan”la ev matçına (6:0) təsadüf edib. “Qarabağ”ın quruhesablı qələbələrindən beşi cari mövsüm qeydə alınıb.

Qeyd edək ki, “Neftçi” 319, “Şamaxı” 186, “Kəpəz” 150, “Bakı” 147, “Turan” 145 görüşdə qol buraxmadan xal da itirməyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right