U-17 millimiz Moldova ilə heç-heçə etdi

17 yaşadək qızlardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu görüşünü keçirib.

Newsport.az xəbər verir ki, B Liqasının I qrupunda yer alan komanda Moldova ilə üz-üzə gəlib. Kişinyovda keçirilən qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, U-17 qrupda keçirdiyi ilk görüşdə Uelsə 0:7, ikinci matçda Kosovoya  0:6 hesabı ilə məğlub olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right