“Karvan-Yevlax”ın futbolçusuna bir oyunluq cəza

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Newsport.az xəbər verir ki, iclasda Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsi ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Karvan-Yevlax” – “Sheki City” oyununun 99-cu dəqiqəsində “Karvan-Yevlax” komandasının 5 nömrəli futbolçusu Nika Çaçaşvili ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb. “Karvan-Yevlax” komandası 500 manat cərimə edilib.

“Şimal” – “Şahdağ Qusar” oyununda “Şimal” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şimal” komandası 210 manat cərimə edilib.

İclasda Əvəzedicilər Liqasının 8-ci turunun bir oyunu ilə də bağlı qərar çıxarılıb:

“Qəbələ-2” – “Qarabağ-2” oyununa Təcili Tibbi Yardım avtomobilinin təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Qəbələ-2” komandası 200 manat cərimə edilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right