Eks "Qarabağ"lı istefa verdi

Muarem Muarem Şimali Makedoniyanın "Başkimi" komandasının baş məşqçisi vəzifəsindən istefa verib.

Newsport.az xəbər verir ki, bu barədə 37 yaşlı mütəxəssis sosial şəbəkə hesabında paylaşım edib. O, Premyer Liqanın 11-cu turunda "FK Makedoniya Gjorce Petrov"la oyundan (1:1) sonra köməkçiləri ilə birgə vəzifəsini tərk etdiyini açıqlayıb.

"Başkimi" hazırda 11 oyundan 19 xalla 21 komanda arasında 5-ci yeri tutur. M.Muarem bu komandaya 2025-ci ilin iyununda baş məşqçi təyin edilmişdi.

Xatırladaq ki, Muarem Muarem "Qarabağ"ın tanınmış futbolçularından olub. O, müxtəlif vaxtlarda 2 dəfə (2012-15 və 2016-17-ci ilərdə) Ağdam klubunda oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right