Azərbaycan Kuboku: "Qəbələ", "Şamaxı" və "Neftçi" 1/8 finalda Yenilənib

Bu gün Azərbaycan kubokunda 2-ci təsnifat mərhələsinə yekun vurulub.

Newsport.az xəbər verir ki, nəticədə 1/8 finala adlayan son komandalar da müəyyənləşib.

"Sumqayıt" "Zaqatala"nı mübarizdən kənarlaşdırıb."Şahdağ Qusar" "Şimal", "Difai" isə "Xankəndi" səddini keçib.

Digər görüşdə "Qəbələ" "Mingəçevir"i qəbul edib və rəqibinə 5:1 hesabı ilə qalib gəlib.  "Şamaxı" isə "Səbail"i 1:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb. Bu gün həmçinin "Neftçi" MOİK-i qəbul edib. Görüş "ağ-qaralar"ın 6:2 hesablı qələbəsi ilə bitib. Komanda 1/8 finalda "Zirə" ilə üz-üzə gələcək.

29 oktyabr (çərşənbə)

14:00. “Şimal” – “Şahdağ Qusar” - 0:2

Qollar: S.Əliyev, 102, S.Ağalarov, 119
Hakimlər: Kamran Əliyev, Asiman Əzizli, Elman Kərimov, Ruslan Quliyev
Şamaxı OİK stadionu

14:00. “Xankəndi” – “Difai” - 1:2

Qollar: E.Quliyev, 45+2 - M.Musazadə, 61, B.Qurbanov, 71
Hakimlər: Nicat İsmayıllı, Tərlan Talıbzadə, Rasim Axundov, Kamil Aydınov
Ağsu şəhər stadionu

14:00. “Zaqatala” – “Sumqayıt” - 0:3

Qollar: A.Ramalinqom, 8, N.Əhmədzadə, 34, A.Yankoviç, 85
Hakimlər: Rauf Cabarov, Kamran Bayramov, Səbuhi Soltanov, Murad Səlimov
Zaqatala OİK stadionu

16:00. “Qəbələ” – “Mingəçevir” - 5:1

Qollar: Massumo, 44, Ovusu, 50, 54, 63, Rəşidov, 66 – C.Attukuaye, 57
Hakimlər: İslam Məmmədov, Müslüm Əliyev, Aydın Bəxşiyev, Ceyhun Hüseynov
Qəbələ şəhər stadionu

16:00. “Səbail” – “Şamaxı” - 0:1

Qol: A.Msanqa, 49
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kərim Zeynalov, Şamil İmanzadə
“ASCO Arena”

19:00. “Neftçi” – MOİK - 6:2

Qollar: Vensan Abubakar, 8, 42, N.Qurbanlı, 27, A.Salyanski, 61, M.Məmmədov, 70, S.Almeyda, 83 – E.Məmmədov, 45+1, E.Camalov, 48 (avtoqol)
Hakimlər: Vüqar Həsənli, Eyyub İbrahimov, Elmin Süleymanov, Alik Yunusov
“Palms Sports Arena”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right