Çimkənddə ikinci oyun

Qazaxıstanda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti yoldaşlıq görüşünü keçirəcək.

Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma Qazaxıstanla üz-üzə gələcək.

Qarşılaşma Çimkənd şəhər stadionunda, Bakı vaxtı ilə saat 13:00-da başlayacaq. Matçı Özbəkistandan olan Roziyabonu Yusupova idarə edəcək.

Qeyd edək ki, komandalar arasında oktyabrın 24-də keçirilən ilk oyunda Azərbaycan millisi 2:1 hesablı qələbə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right