"Panatinaikos" klubu "Qarabağ"ın futbolçusu üçün skaut göndərib

"Panatinaikos" klubu "Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviç üçün israrını davam etdirir.

Newsport.az Azerisport.com-a istinadla xəbər verir ki, onlar Ağdam təmsilçisinin "Atletik Bilbao" ilə matçına öz skautlarını göndəriblər.

Yunanıstan klubu bir ilə yaxındır monteneqrolu futbolçunu yaxından izləyir.

"Yaşıllar" bu yay onu transfer etmək istəsə də, Yankoviç bu təklifi geri çevirib. Lakin onların israrı davam edir.

Qeyd edək ki, 30 yaşlı futbolçunun "Qarabağ"la 2027-ci ilin yayına qədər müqaviləsi var.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right