Nadirovla yollar ayrıldı, müvəqqəti baş məşqçi təyin edildi

Azərbaycan II Liqasında yarışan "Şəmkir"ə müvəqqəti yeni baş məşqçisi təyin edilib.

Newsport.az xəbər verir ki, Vüqar Nadirovla vidalaşan qərb təmsilçisini onun köməkçisi olmuş Kamran İsmayılov çalışdıracaq.

Bildirilib ki, komandaya qarşıdakı turlarda İsmayılov rəhbərlik edəcək və məşq prosesi onun nəzarəti altında davam edəcək.

Xatırladaq ki, "Şəmkir" çempionatda geridə qalan 6 tura 9 xal toplayıb. Liderlərin 15 xalı var.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right