Əsgər Abdullayev: "Gücümüz bu qədərdir, amma..." AÇIQLAMA

Topaz Premyer Liqasının  VI turunda səfərdə “Xəzər Lənkəran”a 0-2 hesabı ilə uduzan “Araz Naxçıvan”ın baş məşqçisi Əsgər Abdullayev oyun barədə düşüncələrini bölüşüb.
 
Newsport.az saytının məlumatına görə, naxçıvanlıların baş məşqçisi güclərinin bu qədər olduğunu bildirib:
 
“Futbolçularımız döyüşdülər. Qolun buraxılması planlarımızı pozdu. Bəzi futbolçular tapşırıqları yerinə yetirə bilmədilər. Gücümüz budur. Amma işimizi davam etdirəcəyik. Futbolçularım  Premyer Liqa təcrübəsi qazanmalıdırlar.”
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right