“Neftçi” 9700 manat cərimə olundu

AFFA İntizam Komitəsi “Neftçi” klubunu 9700 manat cərimələyib.

Newsport.az xəbər verir ki, buna Misli Premyer Liqasının 8-ci turunda “Araz-Naxçıvan”la matçda (2:2) yaşananlar səbəb olub.

“Ağ-qaralar” dörd futbolçusu sarı vərəqə aldığı üçün 700 manat ödəyəcək.

Meydan sahiblərinin azarkeşləri rəqib komandanın və hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirib ki, bu hal cari mövsümdə ikinci dəfə yaşandığı üçün kluba 6000 manat cərimə tətbiq edilib. Bundan əlavə, fanatlar rəqib oyunçuların ünvanına irqi ayrı-seçkilik ehtiva edən ifadələr səsləndirdiyinə görə “Neftçi” 3000 manat ziyana düşüb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right