Azərbaycan Premyer Liqasının VI turunda “Xəzər Lənkəran” doğma meydanında “Araz Naxçıvan”ı 2-0 hesabı ilə məğlub etdi.
Newsport.az saytının məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Oğuz Çətin matç barəsində fikirlərini bildirib:
“Sözü çox uzatmaq niyyətim yoxdur. Mənim oyunçularım qol zamanı stressdə olurdular. Bu gün isə hər şeydən razı qaldım. Biz qol vurmaq problemini tamamilə həll etdikdən sonra istənilən rəqibi məğlub edə bilərik. Bu gün rəqibə heç bir şans vermədik. Qol bir az gec vurulsa da, əsas qələbədir. Əgər qolu erkən vursaydıq, hesab daha fərqli olardı. Biz ardıcıl olaraq, qələbələr qazanmalıyıq”.